Audi Q5 ailəsi kupeşəkilli kuzova və 3,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş "bərkgedən" SQ5 Sportback TDI krossoveri ilə tamamlanıb.
Avropada, yeni krossoverin qiyməti 70.233 avrodan başlayır. Üç litrlik dizel mühərriki start-stop sistemindən məsul olan və sürətlənmənin ilk saniyələrində mühərrikin gücünü artıran 48-voltluq startyor-generatoru şəklində əlavə qurğuya malikdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu və quattro tam ötürmə sistemi ilə birlikdə çalışır.