Apple-ın Çindəki ən böyük tədarükçüsü olan Foxconn-un fabrikində çalışan 20 mindən çox işçinin işdən çıxarıldığı açıqlanıb.
İqtisadiyyat.az Foxconn mənbələrinə istinadən xəbər verir ki, şirkətin 2317.TW zavodunda 20,000-dən çox işçi işlərini tərk edib.
Dünyanın ən böyük iPhone fabrikindən ayrılmalar, işçilər arasında narazılığı artıran mükafat böhranı və Milad bayramları ərəfəsində istehsalı kəsən ciddi COVID-19 məhdudiyyətləri ilə mübarizə aparan Tayvan şirkətinə daha bir zərbə vurdu.
Tayvanın istehsal şirkəti Foxconn Çinin Hnan əyalətinin mərkəzi Cingcou şəhərindəki iPhone fabrikində işçilərin mükafat ödənişlərinin təxirə salınması ilə bağlı etirazlara görə məsuliyyəti boynuna alıb.
Şirkətdən verilən açıqlamada yeni işə qəbul edilən işçilərin mükafat ödənişlərinin “texniki səhvə görə” səhv hesablandığı və “işçilərin narahatlığının aradan qaldırılacağı və onların əsaslı tələblərinin yerinə yetiriləcəyi” bildirilib.
Məhəbbət Məmmədov