Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.
İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 % azdır.
9 aylıq vergi daxilolmalarının 8 milyard 417,5 milyon manatı və yaxud 70,2 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,4 % çoxdur.