8 Mart Beynəlxalq Qadınlar Gününə bir neçə gün qalıb.

İqtisadiyyat.az bu gün münasibəti ilə mağazalarda hansı kampaniyaların olmasını araşdırıb.

“Kontakt Home” mağazalar şəbəkəsində 50%-ə qədər endirimlər mövcuddur. Kreditlə alış zamanı isə smartfonlar 12 ay faizsiz, mebellər isə 18 ay faizsiz şərtlərlə təklif edilir. Kampaniya 3 martdan 12 marta qədər davam edəcək.

“İrşad"da isə smartfonlar, aksesuarlar və noutbuklar 12 ay faizsiz və ilkin ödənişsiz təklif edilir. Həmçinin televizor və məişət texnikasını 18 aylıq kreditlə, faizsiz və ilkin ödənişsiz və komissiya məbləği ödəmədən ala bilərsiniz. Nağd, taksit kartı və kreditlə 3 aylıq hissəli alışlara isə 50%-dək endirim tətbiq edilir.

“Baku Electronics” də 8 Mart münasibəti ilə endirim tətbiq edən mağazalardandır. Mağazada məhsullara nağd alışda 50%-ə qədər endirim, bütün "Apple" məhsulları 12 ay faizsiz və ilkin ödənişsiz, Böyük məişət texnikası, TV və kondisionerlər, həmçinin, smart-saat, İT aksesuar və nəqliyyat 18 ay faizsiz və ilkin ödənişsiz təklif olunur. Eyni zamanda mağazadan 12 ay faizsiz və ilkin ödənişsiz olaraq noutbuk, telefon və planşet ala bilərsiniz. Mebel və ev əşyaları isə 24 ay faizsiz və ilkin ödənişsizdir. * Marta özəl olaraq endirimli qiymətləri 8 aya bölərək hissə-hissə ödəyə bilərsiniz.Kampaniya 6-12 mart aralığında qüvvədədir.

“World Telecom” isə 8 fərqli kampaniya təqdim edir. Kampaniya çərçivəsində kreditlə, ilkin ödənişsiz və faizsiz şərtlərlə smartfon, noutbuk və “Apple watch” almaq mümkündür.

“Soliton” mağazalarında “Birbank” taksit kartları ilə alışlar 18 ay faizsiz, “Tamkart”la alışlar isə 12 ay faizsiz olaraq həyata keçirilir.