İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı danışarkən bildirib.
Baş İdarə rəisi söyləyib ki, yəni onlar 5 faiz dərəcə ilə vergiyə cəlb ediləcəklər: "Burada mühasibatlıq, hüquq, jurnalistika fəaliyyəti üzrə xidmətləri, turizm bələdçiliyi xidmətini və s. göstərmək olar. O cümlədən, xidmətlərin ixracı bu gün geniş tətbiq olunur. Burada IT xidmətini misal göstərmək olar. Çünki onlar öz xidmətlərini Azərbaycandan digər ölkələrə ixrac edirlər. Məhz bu xidmətlər də 75 faiz vergi güzəştinə tabe tutulacaqdır".