Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar noyabrın 23-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciət əsasında qəbul edilib.