Rusiyanın "AvtoVAZ" ASC 4 minə yaxın "Lada Granta" avtomobil modelini geri çağırır.

İqtisadiyyat.Az xəbər verir ki, buna səbəb sözügedən avtomobillərdə əyləc sisteminin vakuum gücləndiricisində qeydə alınmış problemdir.

"AvtoVAZ"ın Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan "Xəzər-Lada" şirkətindən bildirilib ki, geri çağırılma Azərbaycana aid deyil. Belə ki, ölkəyə idxal olunan bütün "Lada" avtomobilləri öncədən diqqətlə yoxlanılır.