Rusiya Federasiyasının qoşunları Ukraynada 391 uşağı qətlə yetirib.

Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"20 sentyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 1151-dən çox uşaq xəsarət alıb. 391 uşaq ölüb, 760-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - məlumatda deyilir.