Gilan Pivot şirkəti “AgroDairy” MMC ilə suvarma sistemlərinin qurulması istiqaməti üzrə əməkdaşlığının növbəti fazasında 3 yeni “Pivot” layihəsinin icrasına yekun vurub.
İqtisadiyyat.az xəbər verir ki, bu layihənin də təhvili verilməsi ilə “AgroDairy” MMC-yə məxsus 2800 ha ərazi “Gilan Pivot” şirkəti tərəfindən pivot suvarma sistemləri ilə tam təchiz edilmiş olub.
Qeyd edək ki, pivot və damcı suvarma sistemlərinin layihələndirilməsi bazarında 10 ildir aktiv fəaliyyət göstərən “Gilan Pivot” şirkəti ötən illər ərzində 20 min hektar sahədə, 30 iri həcmli suvarma layihəsinin icrasını, o cümlədən, 250-dən yuxarı pivot suvarma sistemlərinin quraşdırılmasını həyata keçirmişdir.