Yaponiya, Böyük Britaniya və İtaliya qırıcı təyyarələrin hazırlanması üçün təşkilat yaradacaq.

Bu barədə İqtisadiyyat.az "Kyodo" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Yaponiya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirləri gələcək nəsil döyüş təyyarələrinin hazırlanması üçün təşkilat yaratmaq barədə razılaşıblar.

Təşkilat Britaniyanın "BAE Systems", Yaponiyanın "Mitsubishi Heavy Industries" və İtaliyanın "Leonardo" şirkətlərinin rəhbərlik etdiyi müəssisəyə nəzarət edəcək.Təşkilatın baş qərargahının Böyük Britaniyada yerləşəcəyi gözlənilir, ona Yaponiyadan olan nümayəndə rəhbərlik edəcək.

 

Gözəl Həşimova