Süni intellektin inkişafına həsr olunmuş "Bletçli Bəyannaməsi" Böyük Britaniyada süni intellektin təhlükəsiz istifadəsi üzrə ilk beynəlxalq sammitdə iştirak edən 28 ölkə tərəfindən qəbul edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sənəd Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisi tərəfindən yayılıb.

Sənədi Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, İndoneziya, İrlandiya, İspaniya, İtaliya, Kanada, Keniya, Çin, Nigeriya, Hollandiya, BƏƏ, Koreya Respublikası, Ruanda, Səudiyyə Ərəbistanı, Sinqapur, ABŞ, Türkiyə, Ukrayna, Filippin, Fransa, Çili, İsveçrə və Yaponiya imzalayıb.

“Süni intellekt hamının xeyrinə dizayn edilməli, inkişaf etdirilməli, yerləşdirilməli və təhlükəsiz bir yerdə istifadə edilməlidir. Süni intellekt faydalarla yanaşı, gündəlik həyata da şamil edilən əhəmiyyətli risklər yaradır. Bu məqsədlə biz mövcud məkanlarda süni intellekt sistemlərinin potensial mənfi təsirlərini araşdırmaq və həll etmək üçün müvafiq beynəlxalq səyləri qəbul edirik”, - bəyannamədə qeyd olunur.

 

Gözəl Həşimova