Ötən il qeyri-leqal dövriyyədən 26,4 min ABŞ dolları, 500 avro və 2,3 min manat məbləğində saxta əskinas çıxarılıb

İqtisadiyyat.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan mübarizə tǝdbirləri ilə qeyri-leqal dövriyyədən 26,4 min ABŞ dolları, 500 avro və 2,3 min manat məbləğində saxta əskinas, habelə istifadə müddəti ötmüş 6,2 min ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.