“2500 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib. Digərlərinin isə müalicələri davam etdikcə bu proses yekunlaşdırılacaq”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Cari il ərzində dövlət başçısının fərmanı ilə öz sağlamlığını itirən qəhrəmanlarımızın sosial müavinətləri, təqaüdləri artırılıb, onlara mənzillər, avtomobillər, reabilitasiya vasitələri təqdim olunub”, - deyə S.Babayev qeyd edib.

Nazir əlavə edib ki, əzalarını itirənlərin və kəskin sağlamlıq xəsarəti alanların hamısının əlilliyi təyin olunub.