ABŞ-də 25 Respublikaçı əyalət qubernatoru Texasla hökumət arasında sərhəd mübahisəsində Texası dəstəkləyib.
İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, ştat qubernatorları Baydenin ölkəni qeyri-qanuni miqrasiyaya qarşı həssas vəziyyətə saldığını bildirib.
Həmin 25 ştat Konstitusiya Məhkəməsinin Meksika sərhədindəki hasarların sökülməsinə dair qərarına qarşı çıxıb.
Respublika Qubernatorlar Dərnəyi tərəfindən verilən bəyanatda bildirilib: "Biz sərhədi qorumaq üçün tikanlı məftillər də daxil olmaqla, hər cür vasitə və strategiyadan istifadə etməkdə qubernatorumuz Qreq Abbott və Texas ştatı ilə həmrəyyik".