Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.
Belə ki, “Aqroinnova” nizamnamə kapitalının 410 000 manat həcmində azaldığını elan edib.
Şirkət daha əvvəl bu ilin fevral ayında nizamnamə kapitalının 360 000 manat həcmində azaldığını elan etdiyini açıqlamışdı.
Xatırladaq ki, “Aqroinnova” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 492 500 AZN təşkil edir və qanuni təmsilçisi Emil Sultanovdur. “Aqroinnova” MMC-nin əsas fəaliyyət istiqaməti istixana şəraitində tərəvəz bitkilərinin yetişdirilməsidir. Müəssisədə pomidorun "Pink Paradise", "Fujumaro", "Ahu" sortları yetişdirilir.