Bu ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Bu barədə İqtisadiyyat.az-a  Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.
Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib. 
Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.