"Birinci komponent ondan ibarətdir ki, biz konsepsiyanı yazarkən düşünürdük ki, ağıllı şəhər, ağıllı kənd ağıllı vətəndaş yetişdirir, yoxsa ağıllı vətəndaş ağıllı şəhər, ağıllı kənd yetirir? Bunların hansı birinci gəlməlidir? sualını qoymuşduq. Bunları təmin etmək üçün bizə doğru infrastruktur lazımdır. Bunun üçün son 1 il 6 ay ərzində 472 min fiber-optik çəkilib. 2024-cü ilin sonuna qədər Azərbaycanda bir ədəd də olsa fiber-optik çəkilməyən ev qalmamalıdır.

İkinci komponent ağıllı insan yetişdirilməsi üçün bir cərəyandır. Bunun üçün son 1 il 6 ay ərzində Azərbaycan universitetlərin İT ixtisası üzrə bazara təqdim etdiyi 3 minə qədər tələbə var. Çalışırıq ki, həmin rəqəmin fizika - riyaziyyat üzrə bitirmiş tələbələrə yenidən təlim verməklə bir o qədəri həcmində də tələbə bazara təqdim edək. Çünki bugünkü hesablamalarımız onu göstərir ki, bazarın tələbatı kifayət qədər böyükdür. Bazarda kifayət qədər yüksək əməkhaqqı verilirsə ehtimal azdır ki, tələbə gedib hər hansı biznes açsın, öz üzərinə risk götürsün.

Üçüncü komponentə gəlincə, bütün bunları etməzdən öncə bizi düşündürən kiberməkanda bunun qorunmasıdır. Hesab edirik ki, kibertəhlükəsizlik ağıllı şəhər, ağıllı kənd, infrastruktur və digər həllərin əsas ana xətti olmalıdır. Yaxın 3 il ərzində Azərbaycanda Kibertəhlükəsizlik üzrə 932 mütəxəssisi hazırlanacaq", deyə nazir qeyd edib.