İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il ən dəyərli geyim markası "Louis Vuitton"dur. Belə ki, şirkətin dəyəri 129,8 milyard dollar təşkil edib.
Ötən il bu siyahıda ikinci "Hermes", üçüncü isə "Channel" olub.
Bu dövrdə dünyanın ən dəyərli geyim brendləri isə bunlardır:
Brend |
Dəyəri |
Louis Vuitton |
129,8 milyard dollar |
Hermes |
93,6 milyard dollar |
Channel |
60,1 milyard dollar |
Gucci |
23,8 milyard dollar |
Dior |
11,9 milyard dollar |
Cartier |
10,5 milyard dollar |
Rolex |
9 milyard dollar |
Saint Laurent |
6,5 milyard dollar |
Tiffany&Co |
6,2 milyard dollar |
Prada |
5,1 milyard dollar |
Qeyd edək ki, zərgərlik məmulatları, geyim və əl çantalarını əhatə edən qlobal lüks mallar sənayesi uzun illərdir ki, yüksəlişdədir. Lüks mallar keyfiyyət və qiymət baxımından ümumiyyətlə bazarın ən yüksək nöqtəsində olan mallar hesab olunurlar.
ABŞ uzun müddətdir ki, lüks mallar üçün ən böyük regional bazardır. LVMH (Louis Vuitton Moet Hennessy) 2024-cü ildə brend dəyəri ilə dünyanın ən qiymətli lüks brendi olub. LVMHin 2023-cü maliyyə ili üçün ümumi gəliri təxminən 86 milyard avro təşkil edib.
Gözəl Həşimova