İqtisadiyyat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

2024-cü ildə iqtisadi artım davam edib, xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Qeyri neft-qaz sektorunun bütün sahələrində, o cümlədən şaxələnmə üçün prioritet hesab edilən əsas sahələrdə kifayət qədər yüksək artım dinamikası müşahidə olunub.

Hesabat ilində ölkədə əvvəlki illə müqayisədə real ifadədə 4,1% çox olmaqla, 126,3 mlrd. manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.

ÜDM istehsalının 35,9%-i sənaye, 10,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri 7% nəqliyyat və anbar təsərrüfatı, 6,7%-i tikinti, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrulati və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabita sahələrinin, 19,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8%-ni təşkil edib.