İqtisadiyyat.az xəbər verir ki, bu barədə EIA-nın dekabr ayı üzrə hesabatında deyilir.

Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olacağı proqnozlaşdırılır. Bu da əvvəlki proqnozla eynidir. 

Qurum, gələn il ölkədə ortalama gündəlik neft hasilatının 630 min barel olacağını gözləyir ki, bu da əvvəlki proqnozla eynidir.

Hesabatda gələn ilin birinci rübündə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 610 min barel, ikinci rübdə 620 min barel, üçüncü və dördüncü rübdə isə 640 min barel olacağı proqnoz edilir.

Qeyd olunur ki, ötən il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

 

 Gözəl Həşimova