Avstraliya və Yeni Zelandiyanın birgə ev sahibliyi edəcəyi 2023 FİFA Qadınlararası Dünya Çempionatının azarkeşlərin iştirak rekordunu qıracağı gözlənilir.

İqtisadiyyat.az  FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk dəfə 32 komandanın qatılacağı çempionatın matç biletlərinə əvvəlkilərlə müqayisədə tələbat yüksək olub.

Başlanmasına 100 gün qalmış dünya çempionatına artıq 650 min bilet satılıb. Turnirin ilk oyun gününə qədər cəmi 1,5 milyon bilet satışı ilə rekord qıracağı gözlənilir.

 Mövzu ilə bağlı şərh edən FİFA-nın baş katibi Fatma Samoura, "FIFA-nın məqsədi bu il təşkil olunmuş ən böyük və ən yaxşı Dünya Çempionatını keçirməkdir. Turnirin başlamasına 100 gün qalmış, birlikdə yaşadığımız bu həyəcanın ortaq səsi  dünya çempionatında eşidiləcək. Dünya çempionatı rezonans doğuracaq”- deyə bildirib.

50 min nəfərlik Eden Park Stadionunda oynanılacaq Yeni Zelandiya-Norveç matçı öncəsi Oklend şəhərinə 100 mindən çox futbol azarkeşinin gəlməsi gözlənilir.