Qlobal litium qiymətləri son 1 ildə kəskin şəkildə ucuzlaşıb.

Bu barədə İqtisadiyyat.az “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin sonundan 2022-ci ilin noyabrına qədər litiumun qiyməti 15 dəfə bahalaşıb. Avtomobil akkumulyatorları 2022-ci ilin ən qiymətli metalına tələbin 60%-ni təşkil edib.

Bununla belə, bu ilin noyabrına qədər litiumun qiyməti bir ton üçün 18 min dollara enib. Buna səbəb isə dünyanın əksər aparıcı mərkəzi banklarının kredit faizlərini artırması olub.

 

Gözəl Həşimova