Ötən ilin sonunda ABŞ-ın ticarət kəsri 1,18 trilyon dollar, Böyük Britaniyanın ticarət kəsri isə 290,4 milyard dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu, ABŞ-ın ticarət kəsrinin ötən il 9,9% artması deməkdir və tarixdə rekord göstəricidir. 

Böyük Britaniyanın ticarət kəsri isə üçdə bir qədər artıb. Hindistan ötən il ticarət kəsrini yarıya endirib - 268,3 milyard dollar. 

Fransanın ticarət kəsiri il ərzində 1,8 dəfə artaraq 171,7 milyard dollara çatıb və əsas iqtisadi güclər arasında dördüncü yerdə qərarlaşıb.