2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.

Bu barədə komitədən xəbər verilib.

Bildirib ki, şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.

Qeyd edək ki, zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır.