Hindistanlı milyarder Qautam Adani 2021-ci ildə sərvətinin artım sürətinə görə Ceff Bezos və İlon Maskı geridə qoyub.

“Bloomberg” qeyd edir ki, bir neçə ayda sahibkarın kapitalı 16.2 milyard dollar artaraq 50 milyard dollara çatıb.

Bu müvəffəqiyyət Adaninin sahib olduğu “Adani Group” konqlomeratının kotirovkalarının 50% bahalaşması ilə izah olunur. “Adani Group” konqlomeratı 1988-ci ildə qurulub və ticarət, kənd təsərrüfatı, gəmiçilik, mədənçilik, əmlak, enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətləri əhatə edir.

“Bloomberg” Adaninin aktiv şəkildə genişləndirdiyi dəniz limanları, məlumat emalı mərkəzləri və kotirovkaların böyüməsi ilə əlaqəli kömür mədənlərini əldə etdiyini göstərir. 2021-ci ildə ən aktiv artım “Adani Total Gas” (+97%), “Adani Enterprises” (+87) və “Adani Transmission” (+77%) şirkətlərinin səhmlərində olub. Yenilənən mənbələrdən enerji istehsal edən “Adani Green Energy” son bir ildə 532% bahalaşıb.

Daha əvvəl “Tesla” və “SpaceX” rəhbəri olan İlon Maskın sərvəti 22.6 milyard dollar artaraq 166.2 milyard dollara yüksəlib. “Amazon”un qurucusu Ceff Bezos eyni dövrdə 5.9 milyard dollar zənginləşib və bunun nəticəsində onun sərvəti 179.9 milyard dollara çatıb.banker