“2020-ci ildə icbari sığorta bazarının daha da böyüməsini müşahidə edəcəyik”  bunu sığorta eksperti Kamran babayev Fins.az-a deyib.

"Bugün müşahidə etdiyimiz tendensiya ilin sonuna kimi davam edəcək. 2020-ci ildə icbari sığorta bazarının daha da böyüməsini müşahidə edəcəyik. Elektronlaşma və nəzarət mexanizmlarının təyin olunması gələn il davam etditilməlidir və fikrimcə ilk olaraq əmlakın icbari sığortası üzrə nəzarət mexanizmları müəyyən edilməlidir və proses elektronlaşmalıdır. Könüllü həyat sığortasının azalması tendensiyasını gələn il müşahidə etməyəcəyik. Bu bazar düşünürəm ki, 2020-ci ildə 2019 ili ilə müqayisədə böyüməyə başlayacaq. Digər könüllü sığorta növləri üzrə canlanma artacaq, amma ciddi bir dəyişiklik görməyəcəyik".