Bu həftə bütün dünyada əsas diqqət ABŞ-ın Mərkəzi Bankı funksiyalarını həyata keçirən Federal Ehtiyatlar Sisteminin (FED) verəcəyi faiz qərarına yönəlib.

İqtisadiyyat.Az Finans.az-a istinadən xəbər verir ki, bir çox analitiklər çərşənbə günü FED-in uçot faiz dərəcəsini endirəcəyini düşünür. Əgər belə bir qərar verilərsə, bu, FED-in 11 ildə ilk dəfə uçot dərəcəsini endirəcəyi mənasını verir. 

"Reuters"in 16-24 iyul tarixlərində həyata keçirdiyi sorğuya qatılan 111 iqtisadçının 95%-i FED-in uçot dərəcəsini 0,25% endirəcəyi qənaətində olub.

Həmçinin, ABŞ prezidenti Donald Tramp da FED-in faiz artımını daha tez həyata keçirdiyini və bunun iqtisadiyyata zərər verdiyini açıqlamışdı.