2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və ya təmir edilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, həmçinin 1 400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir olunub.