Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Tacikistan Prezidenti Emoməli Rəhmonla Xəzər dənizi sahilinə nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb .

Məlumata görə, danışıqlar zamanı nəqliyyat saektoru iki ölkə arasında tərəfdaşlığın prioritet vektorlarından biri kimi müəyyən edilib.

“Bu gün Tacikistandan Türkmənistana, Xəzər sahillərinə, İrana və oradan Fars körfəzinə, eləcə də Türkiyəyə çıxışı olan nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığı aktivləşdirmək üçün hər cür imkan var.

Əməkdaşlığın digər prioritet istiqaməti enerji sektorudur: Türkmənistanın elektrik enerjisi və təbii qazının Özbəkistan ərazisindən Tacikistana ixracı. Bundan əlavə, ölkələr neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq edirlər. Bu kontekstdə Türkmənistan Tacikistan tərəfinin ehtiyaclarından asılı olaraq tədarük həcmini artırmağa hazırdır”, - deyə Berdiməhəmmədov bildirib.

 

Gözəl Həşimova