1 milyarddan çox insan və ya Yer kürəsinin hər səkkizinci sakini artıq çəkidən əziyyət çəkir ki, bu da 1990-cı ildən bəri 2 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

1990-cı ildən bəri dünyada artıq çəki problemi böyüklər arasında iki dəfədən çox, uşaqlar və yeniyetmələr arasında (5-19 yaş) isə dörd dəfə artıb. Təşkilat 2022-ci ilə qədər böyüklərin cəmi 43%-nin artıq çəkisi olduğunu bildirib.

ÜST xatırladır ki, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə səbəb ola bilər.

 

Gözəl Həşimova