Bu ilin doqquz ayında ölkədə 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.

“Sahibkarlara dəstək çərçivəsində bu ilin doqquz ayında 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1 800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə nazir qeyd edib.