Oğuz rayonu üzrə yazlıq əkinlə məşğul olan 177 fermer elektron sistemdə öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Fermerlərin bəyan etdikləri yazlıq əkinlərin ümumi sahəsi 475,5 hektardır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə bu günədək yazlıq əkinlərini bəyan etmiş oğuzlu fermerlərin mülkiyyət hüququna dair 285 sənədi yüklənib.
Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, ötən il payızlıq əkinlə məşğul olmuş 5 mindən çox oğuzlu fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.Fins.az