Türkiyədə zəlzələdən zərər çəkmiş Qaziantep şəhərində dağıntılar altından bir nəfər sağ çıxarılıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, zəlzələdən 170 saat sonra 40 yaşlı Sibel Qaya adlı qadın dağıntılardan sağ çıxarılıb. 

İlkin tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib.