"Palmeyras"ın 17 yaşlı braziliyalı hücumçusu Endrik Braziliyanın San-Paulu əyalət çempionatının (Liqa Paulista) ən yaxşı oyunçusu seçilib.

İqtisadiyyat.az xəbər verir ki, pley-off finalında "Palmeyras" iki oyunda (0:1, 2:0) Santosu məğlub edərək bir ildə üçüncü titulunu qazanıb.

“Palmeyras” ötən il Braziliya (A seriyası) çempionu və Superkubok titullarını da qazanıb. Ötən il Endrik 53 matçda iştirak edib, 14 qol vurub, 1 qol ötürməsi edib.

Bu ilin yayında Endrik onun transferi üçün 45 milyon avro ödəyən "Real Madrid"ə keçəcək. Müqavilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. Transfermarkt Endrikin transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Cari mövsümdə Endrik 9 matçda iştirak edib, 2 qol vurub, 1 qol ötürməsi edib