İtaliya hökuməti tərəfindən 16 ildir beynəlxalq axtarışa verilən cinayətkar, İtaliya mafiyasının məşhur killeri Edgardo Greko Fransada tapılıb.
Onu aşkar edən polislər təəccübləniblər.
Belə ki, E.Grekonun bu müddət ərzində Fransada məşhur aşpaza çevrildiyi məlum olub. Müxtəlif restoranlarda pizza mütəxəssisi kimi çalışan Greko vaxtı ilə törətdiyi amansız cinayətləri ilə ad çıxarmışdı. Onun qurbanlarını xüsusi amansızlıqla qətlə yetirdiyinə dair faktlar var.
İndi onun İtaliyaya ekstradisiya ediləcəyi gözlənilir.