Azərbaycanda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov qeyd edib ki, sonradan bir nəfər namizədliyini geri götürüb, onlardan da 71 nəfərinin namizədliyi təsdiqlənib. Beləliklə, 43 nəfərə imza vərəqi verilib.