“Əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir:

“Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, 130 min sahibkara 155 milyon manat dəstək göstərilib.