İqtisadiyyat.az xəbər verir ki, bankın hazırda Dövlət Vergi Xidmətinə olan borcu 13 882,02 manat təşkil edir.

Bankın bu vergi borcunu ödəməməsinin səbəbi məlum deyil. Amma  Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101 300 077,19 manatdır.

Bankın səhmlərinin 11,48 %-i Müşahidə Şurasının sədri Zakir Nuriyevə məxsusdur. 

Qeyd edək ki, bankın İdarə Heyətinin sədri Aydın Hüseynovdur.