Cari ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 144,4 milyon manat və ya 4,1 faiz artım qeydə alınıb.

İqtisadiyyat.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 186,3 milyon manat və ya 16,6 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 387,1 milyon manat və ya 19,4 faiz artım müşahidə olunub