"2023-cü ildə Almaniya da daxil olmaqla 10 Avropa İttifaqı (Aİ) ölkəsində iqtisadi tənəzzül qeydə alınacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən mətbuat konfransında İqtisadi Məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni bildirib.

Avropa Komissiyasının proqnozlarına əsasən, Almaniya iqtisadiyyatı bu ilin sonunda 0,3% azalacaq. Ən əhəmiyyətli azalma Estoniyada - 2,6% və İrlandiyada - 0,9% gözlənilir.

Eyni zamanda, 2023-cü ildə Aİ-də ən böyük iqtisadi artımı Malta - 4% və Xorvatiya - 2,6% yaşayacaq.

 

Gözəl Həşimova