Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəhbər təyin edilib.
Fondun rəhbəri vəzifəsinə Elvin Hüseynov təyinat alıb.
Fondun müdir müavini vəzifəsini Rəbiyyə Cəfərova yerinə yetirəcək. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib.