"WhatsApp" platforması bu dəfə yeni özəlliyi ilə yox, sistemində olan çatışmazlıqla gündəmə gəlib.
Çatışmazlıq pisniyyətli şəxslərin digər istifadəçilərin telefonundakı fayllarını ələ keçirməsinə, mesajlarını oxumasına imkan yaradır.
"Awakened" adlı araşdırmaçı tərəfindən ortaya çıxarılan çatışmazlıq isə platformanın GIF bölməsindir. Belə ki, göndərilən GIF-lər vasitəsilə digər şəxslərin məlumatlarını ələ keçirmək mümkün olur.