Azərbaycanda fəaliyyət göstərən”ə daxil olan daha bir şirkət ləğv edildi.
“EL Kompani” MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 93, mənzil 27 ünvanına bildirə bilərlər.
“El Holding” “El Company” MMC vasitəsilə həmçinin Vertu mobil telefonlarının Azərbaycandakı nümayəndəsidir.
“EL Kompani” MMC “EL Holdinq”-in ticarət sektorunda aparıcı şirkətidir. Şirkət 2005-ci ildə yaradılıb və nizamnamə kapitalı 20 manatdır, qanuni təmsilçisi Fidan Muradova idi.
Xatırladaq ki, bir qədər bundan əvvəl “El Holding” şirkətlər qrupuna daxil olan “El Trade” MMC və “Ameqo” MMC-nin könüllü ləğv edildikləri açıqlanmışdır.banker.az