“Twitter”in işində nasazlıqlar yaranıb.
Bu barədə “Downdetector” xidməti xəbər yayıb.
Bildirilir ki, istifadəçilərin 64 faizi saytda, 26 faizi isə “iPhone” və “iPad” üçün tətbiqdə, 9 faizi “Android” üçün tətbiqdə problemlərlə qarşılaşıb.
Nasazlıqlar ən çox ABŞ-da (problemlər, demək olar ki, bütün ştatlarda qeydə alınır), Meksika, Peru, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və Polşada müşahidə olunur.