Reklam gəlirləri azalan "Twitter" ödənişli abunə sistemini istifadəyə verməyi planlaşdırır.
Bu barədə açıqlama verən şirkətin CEO-su Cek Dorsey, layihənin yalnız başlanğıc mərhələsində olduğunu söyləyib, amam abunə sistemi haqqında dettalı məlumat verməyib. Xatırladaq ki, pandemiya dövründə "Twitter" in reklam gəlirləri 23% azalıb.
İnvestorlarla görüşdə "Twitter" in baş direktoru Cek Dorsey gəlir mənbələrini şaxələndirmək üçün abunə modeli haqqında düşündüklərini söyləyib. Hazırda "Twitter" pulsuzdur və istifadəçilərinə hədəf reklamlar nümayiş etdirərək milyonlarla dollar gəlir əldə edir.
Cek Dorsey bildirib ki, hazırda abunə modeli üçün testlər aparılır: "Kimdənsə "Twitter" ödənişi istəmək səviyyəni həddən artıq yüksək tutmaqdır»-deyən CEO bildirib ki, artıq hazırlıq üçün lazımi ekspertlər işə cəlb edilib.
Şirkət rəhbəri bildirib ki, abunə modeli və reklam işləri bir-birini tamamlamalıdır və istifadəçilərə fərqli abunə paketləri təqdim ediləcək.
Qeyd edək ki, koronavirus pandemiyasına görə, bu ilin ikinci rübündə "Twitter"in reklam gəliri 23 faiz azalaraq 562 milyon dollara düşdü. Sosial media platformalarında reklam verənlərin nifrət dolu danışmalarına səbəb olan embarqolar da "Twitter"in gəlir itirməsinə səbəb olub.FED.az