Bəşəriyyət ildən-ilə azadlığını itirir.
Bunu “Telegram” mesencerinin təsisçisi Pavel Durov bəyan edib.
Onun fikrincə, belə vəziyyətə görə günah cəmiyyətin rəqəmsallaşmasındadır.
“20 il öncə mərkəzsizləşdirilmiş internet və nisbətən sərbəst bank sistemi var idi. İndi isə “Google”və “Apple” kimi şirkətlər məlumatları və tətbiqləri senzuradan keçirir, “Viza” və “Mastercard” isə ödəniş edə biləcəyimiz əmtəə və xidmətləri məhdudlaşdırır”, -deyə Durov qeyd edib.
O, smartfonları “izləmə cihazı” adlandırıb.