Koronavirusa qarşı peyvəndlərin insan səhhətində yarada biləcəyi ağırlaşmalar səkkiz həftəyədək olan müddətdə ortaya çıxır.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, peyvənd vurulan şəxslərdə səkkiz həftədən sonra hansısa ağırlaşma halları ola bilməz:
“Bütün peyvəndlərdə vurulduğu gündən etibarən səəkiz həftə ərzində ağırlaşma ola bilər. Peyvənd səbəbindən yarana biləcək ağırlaşmalar səkkiz həftəyədək olan müddətdə ortaya çıxır. Bəziləri deyir ki, peyvənd vurulandan sonra qolunda ağrılar, qızdırma, halsızlıq və s. hallar oldu. Amma üç gündən sonra bu ağrılar yoxa çıxır. Əgər peyvənddən sonra səkkiz həftə ərzində hansısa ağırlaşmalar baş verməsə, deməli peyvənd tam etibarlı peyvənddir”.