İqtisadiyyat.az “Report”-a istinadənxəbər verir ki,  şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 19,6% çoxdur.

2018-ci ildə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 89,3% artaraq 18,647 mln. manata çatıb, cəmi kapitalı isə 7,1% azalaraq 23,843 mln. manata düşüb.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 27,017 mln. manat (əvvəlki ilə nisbətən 34,4% çox), xərcləri 21,071 mln. manat (51,6% çox), mənfəət vergisi ödəmələri isə 1,189 mln. manat (4,3% az) təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 4,757 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2017-ci illə müqayisədə 4,3% azdır.

Xatırladaq ki, “Meqa Sığorta” Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmdarları hər biri 19% payla Fərəh Məmmədova (“Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri), Rauf Əliyev (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev, 14% payla Yaşar Qurbanov (“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri) və 10% payla Zeynal Əliyevdir.