Dünyanın ən böyük texnologiya nəhənglərindən sayılan “Google” şirkəti hətta öz əməkdaşlarının bütün hərəkətlərini izləyirmiş.
Bu barədə “Forbes” jurnalı məlumat verib. Şirkət əməkdaşları jurnala rəhbərliyin bunun üçün xüsusi proqram hazırlatdığını deyiblər.
Söhbət “Google Chrome” proqramının şirkət çalışanlarının etiraz aksiyalarının təşkili və öz əmək hüquqlarını tələb etməklə bağlı cəhdlərini izləyə biləcək yeni əlavəsindən gedir.
“Bloomberg” agentliyinin informasiyasına görə, yeni proqram sayəsində şirkət nəzarətçiləri şəxsi təqvimlərində 100 nəfərlik toplantı üçün qeydlər aparan əməkdaşların hərəkətlərini müşahidə edə biliblər. Bu isə rəhbərliyə işçilərin mütəşəkkil formada çıxış etmək istəyindən dərhal xəbər tutmasına şərait yaradır. Yeni proqramın bu ay işə salınması gözlənilir.
Onun sayəsində “Google”un başqa şirkətlərə də çalışanlarla bağlı bu cür izləmə metodlarından istifadə etməyə kömək göstərəcəyi ehtimal olunur.(musavat.com)