ABŞ-ın “Apple Inc.” korporasiyası ən yüksək rüblük mənfəət əldə etməsi haqqında məlumat verib.
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, dekabrın 28-də bitmiş 2020-ci maliyyə ilinin birinci rübündə gəlir 91,8 milyard dollar təşkil edib ki, bu da ötən ildən 9% çoxdur. Şirkətin xalis mənfəəti 22,2 milyard dollar təşkil edib.
“Apple”ın baş direktoru Tim Kuk deyib ki, şirkətin uğuru “iPhone 11” və “iPhone 11 Pro” smartfonlarına olan yüksək tələbat, həmçinin daşınan qurğular və xidmətlərlə əlaqədardır.
Məlumata görə, gəlirin böyük hissəsi (61%) beynəlxalq satışların payına düşür.